Cümə , Dekabr 27 2024
azfa

Molla rejimi azərbaycanlı milli fəallar Cəfər İsmayılzadə və Əmir Səttari ETTELAAT İdarəsinə çağırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəallar Cəfər İsmayılzadə və Əmir Səttari ETTELAAT İdarəsinə çağırılıb.

Güney azərbaycanlı idmançı və milli fəal Cəfər İsmayılzadə və azərbaycanlı fəal Əmir Səttari Təbrizdə ETTELAAT İdarəsinə çağırılıb.

Məlumata görə, noyabrın 29-da sözügedən idarənin əməkdaşları milli fəala zəng edərək ondan dekabrın 2-də səhər saat 10:00-da ETTELAAT İdarəsinə getməsini tələb ediblər.

Qeyd edək ki, Əmir Səttari, eləcə də Cəfər İsmayılzadə və oğlu Atilla (Milad)  Güney Azərbaycan türklərinin hüquqları uğrunda apardıqları sivil fəaliyyətlərə görə əvvələr də dəfələrlə  İranın ETTELAAT qüvvələri tərəfindən saxlanılıblar.

Həmçinin yoxlayın

Ərəb Liqası İrana xəbərdarlıq etdi

GADTB: Ərəb Liqası İslam Respublikası hökumətini Suriyanın keçmiş prezidenti və İran hökumətinin köhnə müttəfiqi Bəşar …

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …