Cümə , Oktyabr 16 2026
azfa

Molla rejimi azərbaycanlı öyrənciyə ağır həbs cəzası verdi

GADTB: molla rejimi azərbaycanlı öyrənciyə ağır həbs cəzası verib.

Siyasi baxışlarına görə Təbrizin “Şəhid Mədəni” Universitetindən qovulan azırbaycanlı öyrənci fəalı Armita Pavir Azərşəhrdə rejimin İnqilab Məhkəməsi tərəfindən ümumilikdə 22 ay 17 gün həbs cəzasına məhkum edilib.

Məlumata görə, azərbaycanlı öyrənciyə “rəhbəri (Xameneyini) təhqir etmək” ittihamı ilə 7 ay 16 gün, “dövlət quruluşu əleyhinə təbliğat aparmaq” ittihami ilə isə 15 ay 1 gün həbs cəzası verilib.

Qeyd edək ki, psixoloji işgəncələr və ağır məhdudiyyətlər altında həbsdə olan Armita Pavir daha öncə göyərtəsində 176 sərnişin olan Ukrayna sərnişin təyyarəsinin 2020-ci il yanvarın 3-də Tehran səmasında Sepah tərəfindən raketlə vurulmasına etiraz etdiyinə görə bir il müddətinə təhsildən məhrum edilmişdi.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …