Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Molla rejimi azərbaycanlı rejisorun fəaliyyətinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir neçə ay öncə icrası qadağan olunmuş “Şəhriyar” tamaşasının müəllifi və rejisoru Vəli Lütfduxtun fəaliyyətin rejimin Mədəniyyət və İslami İrşad İdarəsi tərəfindən 2 il qadağa qoyulub.

“Şəhriyar” tamaşası Azərbaycanın böyük şairi Məhəmməd Hüseyn Behcət Təbrizinin- ustad Şəhriyarın həyatı barədə hazırlanmışdı. Tamaşda rollar “Turannur Teatr Qrupu” tərəfindən canlandırılıb.

Qeyd edək ki, dr. Vəli Lütfduxtun bu tamaşası barədə əvvəllər cəlb olunaraq açılmış iş Ümumi Prokurorluğa göndərilib. Bir müddət sonra vəsiqə qoyuluşu ilə məhkəməyə qədər sərbəst buraxılıb. Hal hazırda onun işi İnqilab Məhkəməsinə göndərilib.

Rejisorun yaxınlarının bildirdiyinə görə bu barədə mediaya məlumat ötürülməmək üçün ona, rejimin Mədəniyyət və ETTELAAT idarələri tərəfindən təzyiq göstərilib.

Azərbaycanlı sənətçi Azərbaycan terkcəsinə əsərlərinə görə dəfələrlə təzyiqlərlə qarşılaşmışdır.

Həmçinin yoxlayın

Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir

GADTB: Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi, lisenziyalaşdırma, yoxlamalar və fövqəladə hallara hazırlıq sahələrində …

Urmiya şəhərində xarici səfirlər və diplomatlar Azərbaycan geyimi və türkcə şeirlə qarşılanıb – VİDEO

GADTB: Urmiya şəhərinin meri, İslam Şəhər Şurasının sədri və üzvlərinin dəvəti ilə xarici ölkələrin səfirləri …