Şənbə , Sentyabr 19 2026
azfa

Molla rejimi azərbaycanlı sinfi fəal Əli Hacıya yeni iş açıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehran Təhsil Nazirliyinin İnzibati Pozuntular şöbəsi azərbaycanlı sinfi fəal, Culfa şəhəri sakini Əli Hacıya qarşı yeni iş açıb.

İran Müəllimləri Peşə Təşkilatlarının Koordinasiya Şurasının yaydığı məlumatda bildirilir ki, İnzibati Pozuntular Şöbəsinin Birinci bölməsi mayın 5-də azərbaycanlı fəala qarşı “ictimai rəydə çaşqınlıq yaratma” ittihamı elan olunub.

Şöbə Əli  Hacıya bildiriş göndərməklə 10 gün ərzində ittiham barədə özünü müdafiə etməsi tələb olunub.

Əli Hacinin Teleqram hesabında açıqlamasına əsasən ona göndərilmiş bildirişdə “İnzibati Pozuntular Şöbəsini  repressiya qüvvələrinin qolu” adladırması qeyd olunub.

“Bunlardan soruşmaq lazımdır ki, hələ əvvəlki iş barədə apellyasiya şikayətimin nəticəsi yekunlaşmadığı bir halda mənim sadə bir yazıma görə yeni işin açılması repressiya deyilsə nədir? ”

Qeyd edək ki, “Mənim Azərbaycanım” Teleqram kanalında Əli Hacinin peşə hüquqları və sairə barədə yazıları İnzibati Pozuntular şöbəsi  tərəfindən ona qarşı ittiham üzrə sübut kimi istinad olunub.

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …