Bazar , Noyabr 29 2026
azfa

Molla rejimi azərbaycanlı siyasi məhbusa qarşı yeni cinayət işi açılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, hazırda Tehranın Evin həbsxanasında məhkum olan güney azərbaycanlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədiyə qarşı İran məhkəməsi tərəfindən 6 ay ərzində sayca 5-ci dəfə yeni cinayət işi açılıb.

Bu barədə Nərgiz Məhəmmədinin adına fəaliyyət göstərən “İnstaqram” səhifəsində məlumat paylaşılıb. Bildirilib ki, ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyi onu həbsxanada siyasi fəaliyyətlə məşğul olmaqda ittiham edib.

 “Ardıcıl cinayət işləri açmaqla, təzyiq və təhdidlərlə məni susmağa məcbur edə bilməyəcəksiniz” -deyə, Nərgiz Məhəmmədi həbsxanadan verdiyi bəyanatında bildirib.

Həmçinin yoxlayın

İran ABŞ qüvvələrinə qarşı hücumları dəstəkləmək üçün Starlink-dən istifadə edib

GADTB: “The Washington Post” qəzeti bir hesabatında yazıb ki, İran İslam Respublikası fevralın 28-də ABŞ …

Azərbaycanın Kürdüstan vilayətinə birləşdirilmiş bölgələrində tarixi türk adlarının dəyişdirilməsi və saxtalaşdırılması cəhdlərinə etiraz

GADTB: İrqçi fars-molla rejiminin yaşıl işığı ilə bölgəyə köçmüş kürdlər tərəfindən həmin rejimin Kürdüstan vilayətinə …