Çərşənbə , Oktyabr 14 2026
azfa

Molla rejimi Bəhram İbrahimpur Hərgəlanı Marağa həbsxanasına köçürdü

GADTB: Azərbaycanlı fəal Bəhram İbrahimpur Hərgəlan, daha əvvəl İnqilab Məhkəməsi tərəfindən iki il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildikdən sonra cəzasının icrası məqsədilə Marağa Həbsxanasına köçürülüb.

Məhkəmə hökmü ona qarşı irəli sürülmüş “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” və “yalan məlumatlar yaymaq yolu ilə ictimai fikri çaşdırmaq” ittihamları əsasında çıxarılıb. Bildirilir ki, məhkum hökmün çıxarılmasından xəbərdar olmadığı üçün qərardan şikayət verməyib və nəticədə birinci instansiya hökmü qüvvəyə minərək icra üçün hökmlərin icrası şöbəsinə göndərilib.

Qeyd edək ki, Əcəbşir sakini olan Bəhram İbrahimpur bundan əvvəl 1404-cü il fərvərdin ayının 30-da Əcəbşir rayonunun Ümumi və İnqilab Prokurorluğunun Birinci İstintaq Şöbəsində ittiham elan edildikdən sonra 200 milyon tümən məbləğində girov qarşılığında məhkəmə prosesinin sonunadək müvəqqəti olaraq azadlığa buraxılmışdı.

Həmçinin yoxlayın

Azərbaycandan Fransa Xarici İşlər Nazirliyinin başçısının Azərbaycanı hədəf almasına etiraz

GADTB: Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun 13 oktyabr tarixində İqtisadi Əməkdaşlıq və …

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …