Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimi Bosniyada müsəlmanların başlarına gələnlər soyqırımı saymır

GADTB: İranın Belqraddakı səfiri Rəşid Həsənpur telekanala müsahibəsində deyib: “Bosniyada müsəlmanların başlarına gələnlər cinayət əməli olsa da, soyqırımı deyildi. Qərb dövlətləri həmin hadisələri soyqırımı adlandırmaqla öz məqsədlərini güdürlər”.

Məlumata görə, İran səfirinin bu çıxışı sosial şəbəkələrdə etiraz dalğasına səbəb olub və İranın Serbiyadakı səfirliyi məsələyə haqq qazandırmağa məcbur olub.

Həm Serbiya, həm də İran Rusiyanın yaxın müttəfiqləridir və son vaxtlar Seriya Bosniya və Kosovanın serblər yaşadığı ərazilərlə bağlı Avropa İttifaqı, ABŞ və NATO ilə ciddi mübahisələrə qarışıb. Ona görə də görünən odur ki, İran hökuməti müttəfiqini Qərb blokuna qarşı qorumaq istəyir.

Bu, ilk dəfə deyil ki, İran öz siyasi maraqlarına görə müsəlmanlara qarşı törədilən zülmləri inkar edir, hətta təcavüzkarı dəstəkləyir. Çində Şərqi Türküstan, Rusiyada Çeçenistan, Azərbaycanda Qarabağı buna misal göstərmək olar. /Azad İran

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …