Molla rejimi bütün öhdəliklərini ABŞ ilə imzalanmış memorandum çərçivəsində dayandırdığını açıqlayıb

GADTB: İran xarici işlər nazirinin müavini ABŞ-ı İranla imzalanmış memorandum üzrə öhdəliklərini pozmaqda ittiham edərək bildirib ki, İran İslam Respublikası da həmin memorandum çərçivəsində üzərinə götürdüyü bütün öhdəliklərin icrasını dayandırıb.

Kazım Qəribabadi İslamabad Memorandumu barədə danışarkən deyib: “Biz bütün öhdəliklərimizin icrasını dayandırmışıq və hazırda onlardan heç birini yerinə yetirmirik.”

Bu memorandum 15 iyun tarixində ABŞ və İran prezidentləri tərəfindən imzalanmışdı. Sənədə əsasən, İran Hörmüz boğazını yenidən açmış, ABŞ isə İran limanlarına tətbiq etdiyi dəniz mühasirəsini ləğv etmiş və İran neftinin ixracına icazə vermişdi.

Lakin 6 iyul tarixində Sepahın bir neçə neft tankerinə hücumundan sonra ABŞ İran neftinin satışına verdiyi icazəni ləğv edib və İranın cənubunda yerləşən hədəflərə qarşı hərbi əməliyyatlara başlayıb.

Məlumata görə, son yeddi gündür bu hücumlar fasiləsiz davam edir və İran da öz növbəsində regionun bir neçə ölkəsinə zərbələr endirib.

Həmçinin ABŞ ordusu Donald Trampın göstərişi ilə ötən həftənin çərşənbə axşamından etibarən İrana qarşı dəniz mühasirəsini yenidən bərpa edib.

Həmçinin yoxlayın

İranın hücumları müharibə cinayətidir

GADTB: Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) baş katibi Casim Məhəmməd Əl-Bədəvi İranın Bəhreyn, Küveyt və İordaniyada …

Molla rejimi həbs etdiyi milli fəallar barədə ailələrinə məlumat vermir

GADTB: bir müddət öncə Ərdəbil və Xiyav (Meşgin) şəhərlərində həbs edilən azərbaycanlı milli fəallar Siyamək …