GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi etirazlarda yaxalanan azərbaycanlı fəal Puya Purhimmətini həbsə məhkum edib. Onun həmçinin 2 il ölkədən çıxışına qadağa qoyulub.
Təbrizdə yaxalanan azərbaycanlı gənc 3 il həbsə məhkum edilib.
Rejim azərbaycanlı fəalı “daxili ya xarici təhlükəsizliyə qarşı toplaşma” ittihamı irəli sürüb.
Qeyd edək ki, Puya Purhimməti sentyabrın 10-da Təbrizdə terrorçu bəsic və Sepah məmurları vasitəsilə yaxalanmışdı. O məhkəməyə qədər 200 milyon tümənlik vəsiqə girov qoymaqla zaminə buraxılmışdı.