Çərşənbə axşamı , Sentyabr 15 2026
azfa

Molla rejimi Evin həbsxanasında siyasi məhbusların telefon əlaqəsinə maneə yradıb

GADTB: Evin həbsxanasından daxil olan məlumatlara görə, siyasi və vicdan məhbuslarının həbsxanadan kənarla telefon əlaqələrinə yeni və görünməmiş məhdudiyyətlər tətbiq edilib.

Yayılan məlumatlara və sosial şəbəkələrdə dərc olunan sənədlərə əsasən, məhbusların telefon kartlarının balansının artırılması sistemi ya qəsdən dayandırılıb, ya da bloklanıb. Nəticədə onların ailə üzvləri və yaxınları ilə telefon əlaqəsi qurmaq imkanı tamamilə aradan qalxıb.

Siyasi məhbus Salar Tahir Afşarın bacısı şəxsi instaqram səhifəsində “Məhbusların telefon balansının artırılması sistemi”nə aid görüntü paylaşaraq qardaşı ilə əlaqəsinin tam kəsildiyini bildirib.

O, paylaşımında yazıb:

“Dünəndən Evin həbsxanasındakı telefon kartları işləmir. Nəticədə mənim qardaşımla bütün əlaqəm kəsilib. Əlaqələri kəsmək üçün yeni üsuldur.”

Məhbuslar və ailələri üzərində psixoloji təzyiq artır

Yayımlanan görüntülər göstərir ki, ailələr telefon kartlarını balansla təmin etmək üçün bank ödəniş sisteminə daxil olsalar da, xidmət “dayandırılmış” vəziyyətdədir və kartların yenilənməsi mümkün deyil.

Hüquq müdafiəçiləri və müşahidəçilər bu addımı siyasi və vicdan məhbuslarına qarşı koordinasiyalı təzyiq vasitəsi kimi qiymətləndirirlər. Onların fikrincə, bu məhdudiyyət məhbusların ən əsas hüquqlarından biri olan ailələri ilə əlaqə saxlamaq imkanını məhdudlaşdırır.

Əlaqələrin qəfil kəsilməsi siyasi məhbusların ailələri arasında da ciddi narahatlıq yaradıb. Ailə üzvləri yaxınlarının sağlamlıq vəziyyəti və təhlükəsizliyi barədə məlumat ala bilmədiklərini bildirirlər.

Həmçinin yoxlayın

BMT Təhlükəsizlik Şurası Babül-Məndəb boğazında terrorçu husilərin yaratdığı təhlükəni müzakirə edəcək

GADTB: BMT Təhlükəsizlik Şurası çərşənbə axşamı Yəməndəki son vəziyyəti və strateji əhəmiyyət daşıyan Babül-Məndəb boğazındakı …

Dubayda Azərbaycan Traxtur  komandası ilə Şabab Əl-Əhli oyununda milli şüarlar səsləndirilib – Video

GADTB: Traxturun azarkeşləri sevimli komandalarını harada olmasından asılı olmayaraq tək buraxmırlar. Təbrizdən sərhədlərdən kənara qədər …