Cümə axşamı , Oktyabr 15 2026
azfa

Molla rejimi Güney Azərbaycanda məcburi hicabla bağlı irticaçı qaydalarını sərtləşdirəcəyini bildirib

GADTB: irqçi fars-molla rejimi Güney Azərbaycanda məcburi hicabla bağlı irticaçı qaydalarını sərtləşdirəcəyini bildirib.

Şərqi Azərbaycanda rejimin polis komandanlığı bildiriş yayaraq, aprelin 13-dən etibarən vilayətdə “İffət və Hicab” planının icrasına başlanacağını elan edib.

Şərqi Azərbaycan vilayətinin polis komandanlığının bildirişində qeyd olunanlara görə, layihə “təlim keçmiş bölmələrin iştirakı ilə” həyata keçiriləcək.

Həmçinin Şərqi Azərbaycan Polisinin bildirişində məcburi hicaba riayət etməyənlərin “sayının az olduğu” qeyd edilib.

“Bu şəxslər barəsində qanuni tədbirlər görüləcək və məhkəməyə veriləcək” – deyə, xəbərdarlıq edilib.

Qeyd edək ki, “İffət və Hicab” planı İran parlamentində xüsusi komissiya tərəfindən yazılıb və təsdiqi üçün Nəzarət Şurasına göndərilib. Şura bu planın bəzi icra prosesləri ilə bağlı detallara etiraz edib və təkrar düzəlişlərin aparılması üçün yenidən parlamentə göndərib. Hazırda bu planın nöqsanları aradan qaldırılmayıb və parlamentin müvafiq komissiyasında son düzəlişlər aparılır.

İran mediası məclisdə sözügedən komissiyanın bir üzvünə istinadən xəbər verib ki, gələn həftə İffət və Hicab qanun layihəsi yenidən təsdiq üçün Nəzarət Şurasına göndəriləcək.

Xəbərlərdən məlum olduğu kimi “İffət və Hicab” qanununun son variantı hələ təsdiqlənməyib, lakin polis qüvvələri məcburi hicab geyiminə əməl etməyən qadınlarla məşğul olacaqlarını açıqlayıb. Lakin məcburi geyim koduna əməl etməyən qadınlarla polisin hansı qanunlara uyğun davranacağı məlum deyil.

Həmçinin yoxlayın

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …

Bölgədə neft ixracı bərpa olunur, iranın dəniz yolu ilə xam neft ixracı isə sıfır səviyyəsində qalır

GADTB: TankerTrackers-in qiymətləndirməsinə görə, oktyabrın əvvəlindən etibarən İran, İraq, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb …