Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimi həbs etdiyi azərbaycanlı fəallar 40 günə yaxındır həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı fəallar 40 günə yaxındır həbsdə saxlanılır.

Güney Azərbaycanda həbs edilən bir sıra milli fəalların vəziyyəti barədə məlumatsızlıq onların ailələri və yaxınlarının ciddi narahatlığına səbəb olub.

Azərbaycanlı fəalların həbsindən təqribən bir aya yaxın müddət keçsə də, onlar barədə ailələrinə heç bir məlumat verilməyib.

Həmin milli fəallar arasında Peyman İbrahimi, Murtaza Nurməhəmmədi Nadarlı, Davud Şiri, Əli Babai, Araz İbrahimnejad, Cavad Sudbər, Əmir Hüseyn Ağayi, Seyid Məhəmmədrza Movəhhid, Mehrdad Qadiri və İbrahim Əvəzzadənin adı qeyd edilir.

Həbs edilən azərbaycanlı milli fəalların əksərinin ailələrinin rəsmi qurumlara müraciət edərək barələrində məlumat əldə etmək üçün müraciətlərinə müsbət cavab verilməyib.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …