Bazar , Noyabr 29 2026
azfa

Molla rejimi həbs etdiyi azərbaycanlı fəalları Evin zindanına köçürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçu fars-molla rejimi həbs etdiyi azərbaycanlı milli fəallar Səid Minayi və Salar Tahir Əfşarı Tehranda yerləşən Evin zindanının təcridxanasına köçürüb.

Azərbaycanlı fəallar ailələri ilə qısa telefon danışığında bu barədə məlumat veriblər.

Qeyd edək ki, hər iki azərbaycanlı milli fəal fevralın 7-də müxtəlif şəhərlərdə həbs ediliblər.

Molla rejimin ETTELAAT qüvvələri azərbaycanlı fəalları həbs edərkən xüsusi vəhşilik nümayiş etdirib, o cümlədən Salar Tahir Əfşarın evinə hücum edərək onun ailə üzvlərini də döyüblər.

Son bir həftədəki həbs dalğasında ən az 13 nəfər azərbaycanlı fəal Güney Azərbaycanın mküxtəlif şəhərlərində həbs ediliblər.

Həmçinin yoxlayın

İran ABŞ qüvvələrinə qarşı hücumları dəstəkləmək üçün Starlink-dən istifadə edib

GADTB: “The Washington Post” qəzeti bir hesabatında yazıb ki, İran İslam Respublikası fevralın 28-də ABŞ …

Azərbaycanın Kürdüstan vilayətinə birləşdirilmiş bölgələrində tarixi türk adlarının dəyişdirilməsi və saxtalaşdırılması cəhdlərinə etiraz

GADTB: İrqçi fars-molla rejiminin yaşıl işığı ilə bölgəyə köçmüş kürdlər tərəfindən həmin rejimin Kürdüstan vilayətinə …