Şənbə , Sentyabr 19 2026
azfa

Molla rejimi işçi hərəkatının azərbaycanlı xanım fəalını edama məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi işçi hərəkatı fəallarından olan və hazırda Rəşt şəhərinin Lakan zindanında həbsdə saxlanılan azərbaycanlı xanım fəal Şərifə Məhəmmədini edama məhkum edib.

Xanım fəalın həyat yoldaşı Sirus Fəthi bununla bağlı məlumat verərək deyib ki, xanım Məhəmmədiyə qarşı edam cəzası “Xaricdə sistemə müxalif olan təşkilata üzv olmaq” ittihamına görə çıxarılıb.

Miliyyətcə tük olan Şərifə Məhəmmədi 5 dekabr 2023-cü ildə həbs edilərək Lakan zindanına köçürülüb.

Bir neçə gün əvvəl xanım fəalın anası türk dilində videomüraciət yayaraq, qızının taleyindən nigaran olduğunu deyib, onun barəsində saxta ittihamlarla ağır qərar çıxarılacağından narahatlığını ifadə etmişdi.

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …