Çərşənbə , Sentyabr 16 2026
azfa

Molla rejimi Küveyt və Bəhreynin ABŞ-ın hücumlarına görə birbaşa məsuliyyət daşıdığını iddia edir

GADTB: İran Xarici İşlər Nazirliyi ABŞ ordusunun Hörmüz boğazında İran tankerinə və Qeşm adasında telekommunikasiya qülləsinə hücumlarını pisləyərək, Vaşinqtonun atəşkəs razılaşmasını və beynəlxalq hüququ pozduğunu bildirib.

Rəsmi Tehran “ABŞ-ın region ölkələrinin ərazisi və imkanlarından İran əleyhinə təcavüzkar planların həyata keçirilməsi üçün istifadə etməsini” qınayıb, eyni zamanda, Küveyt və Bəhreynin ötən gecə ABŞ-ın hücumlarına görə birbaşa məsuliyyət daşıdığını qeyd edib.

Bəyanatda vurğulanıb ki, hər hansı ölkənin təcavüzkar tərəflərə İran əleyhinə hərbi hücumun həyata keçirilməsi və ya dəstəklənməsi üçün öz quru, dəniz və hava ərazisindən, yaxud həmin ərazidə yerləşən bazalardan istifadə etməyə icazə verməsi beynəlxalq hüququn əsas qaydalarının və mehriban qonşuluq prinsipinin açıq şəkildə pozulmasıdır.

Tehran özünümüdafiə hüququnu özündə saxladığını və gələcək hücumların mənbəyini hədəf almaq da daxil olmaqla, bütün mövcud vasitələrdən istifadə edəcəyini bəyan edib.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …