Molla rejimi məktəbliləri alət etməklə Azərbaycana qarşı sərhəddə təxribat törətdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars molla rejimin terrorçu Sepah-ı Azərbaycana qarşı növbəti dəfə təxribat törədib.

Molla rejimi məktəb şagirdlərini sərhədin sıfır nöqtəsinə gətirib, onları Azərbaycanla sərhəddə “Salam fərmandeh” hərbi marşını oxutdurublar.

Molla rejimi Güney Azərbaycanda Araz Azad İqtisadi bölgəsində təhsil alan şagirdləri Araz çayının sahilində üç iranlı əsgərin məzarı başına gətirilib və onlara sözügedən mahnı oxutdurub.

Həmin əsgərlərin 1941-ci ilin sentyabrında “düşmən müdaxiləsinə qarşı” döyüşdüyü göstərilir.

Qeyd edək ki, Xameneyi “Salam fərmandeh” mahnısını özünə həsr etdirib və zorla hamının ona tabe olduğunu nümayiş etdirmək istəyir.

Həmçinin yoxlayın

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato Güney Azərbaycanla bağlı hesabat yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May …

Molla rejimin qüvvələri azərbaycanlı xanım fəalın evinə hücum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin məmurları bu gün səhər saatlarında Təbrizdə …