Çərşənbə , Oktyabr 14 2026
azfa

Molla rejimi müdafiəsiz qaldı; İsrail İranın bütün hava hücumundan müdafiə sistemlərini vurub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail son hücumundan İran bütün hava hücumundan müdafiə sistemlərini vurub. İranın nüvə obyektləri və strateji təsisatlarını müdafiə üçün quraşdırdığı S-300 sistemlərinin hamısını vurub.

Eyni zamansda İsrail İrana zərbələr zamanı Tehranın cənub-şərqindəki iki gizli hərbi bazaya da ziyan vurub. Bunu “Asoşeyted Press” agentliyinin təhlil etdiyi peyk görüntüləri sübut edir.

Təhlilə əsasən, İranın əvvəllər nüvə silahı üçün partlayıcıları sınaqdan keçirdiyi ehtimal olunan Parçin hərbi bazasında bəzi binalar zədələnib.

Analitik Devid Olbrayt əlavə edib ki, molla rejimin nüvə proqramı çərçivəsində sınaq üçün istifadə etdikləri Parçindəki Taleqan-2 binası zədələnib. Analitiklərin fikrincə, yeraltı tunellər və raket istehsalı sahələri ola biləcəyi təxmin edilən Xocir hərbi bazasında da dağıntılar qeydə alınıb.

Qeyd edək ki, İran rəsmiləri bazalara hər hansı ziyan dəydiyini etiraf etməyib.

Lakin hücum zamanı hava hücumundan müdafiə sistemləri ilə işləyən 4 əsgərin həlak olduğunu təsdiqləyiblər.

Xatırladaq ki, İsrail İrana 26 oktyabra keçə gecə zərbələr endirmişdi.

Həmçinin yoxlayın

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …

Azərbaycanlı şair və həkim Aqşın Ağkəmərli vəfat edib

GADTB: Bu gün səhər saatlarında Azərbyacn Respublikasında yaşayan Güney Azərbaycandan olan folklorşünas, tədqiqatçı və yazıçı …