Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Molla rejimi Muğanda kütləvi şəkildə məktəblərə kimyəvi hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Muğan bölgəsinin Parsabad şəhərində qız məktəblərin kimyəvi terror hücumu həyata keçirib.

“Bentulhuda” və “İffət” orta məktəblərinə rejimin terror hücum nəticəsində zəhərlənən şagirdləri xəstəxanalara köçürülüb.

Onlardan bir neçəsi valideynlərinin israrı nəticəsində oksogen balonu ilə evə buraxılsa da onlarla şagird xəstəxanada müalicə olunur.

Valideynlərin verdiyi mlumata görə, bir neçə şagirdin vəziyyəti ağır olduğu üçün reanimasiya bölmələrinə yerləşdirilib.

Əldə edilən məlumatlara görə rejimin polis qüvvələri valideynləri xəstəxanaya buraxmayıb. Buna görə valideynlərlə hökumət məmurları arasında qarşıdurma olub.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …