Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Molla rejimi qətliamla etirazları tam boğmaq üçün “Starlink” peyklərini də hədəf alıb

GADTB: İran daxilində “Starlink” peyk internetinə çıxış ilk dəfə olaraq genişmiqyaslı şəkildə pozulub və bu, İranda internet məhdudiyyətlərinin yeni və misilsiz bir mərhələyə qədəm qoyduğunu göstərir. Bu haqda “Forbes” nəşri məlumat yayıb.

“Bu səviyyədəki pozuntuların oxşar nümunəsi əvvəllər heç vaxt olmayıb”, – məlumatda vurğulanıb.

Qeyd edilib ki, birinci mərhələdə “Starlink” şəbəkəsinə giriş trafiki təxminən 30 faizi kəsilib, bir neçə saat ərzində bu nisbət 80 faizi keçib.

ABŞ prezidenti Donald Tramp isə İran hakimiyyətinin ölkə üzrə interneti kəsməsi fonunda etirazçıların 70 saatdan artıqdır internetə çıxışının olmaması ilə bağlı sualı cavablandırıb.

Tramp bu açıqlamanı Air Force One təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən verib. Bir müxbirin “ABŞ İran xalqına internet təmin edə bilərmi?” sualına cavab olaraq Tramp bildirib ki, məsələni Elon Maskla müzakirə edəcək.

“Bununla bağlı, Elon Maskla danışacağam və biz birlikdə qərar verəcəyik. Siz onun bu sahədə bacarqlı olduğunu və onun uğurlu şirkətə sahib olduğunu bilirsiniz. Əgər mümkün olarsa, interneti bərpa edə bilərik”, – deyə, Tramp vurğulayıb.

Açıqlama İran hakimiyyətinin ölkə daxilində genişmiqyaslı etirazlar fonunda internetə kütləvi məhdudiyyətlər tətbiq etməsindən sonra səsləndirilib.

Həmçinin yoxlayın

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …

Təftanda silahlı şəxslərin pusqusunda Fətimiyyun terrorçularının 20-dən çox üzvü öldürülüb və ya yaralanıb

GADTB: Həl-Vəşin məlumatına görə, bu gün, 13 oktyabr 2026-cı il, çərşənbə axşamı, Təftan rayonunun “Çah-Əhməd” …