Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Molla rejimi Qaşqay türklərindən olan işçi fəalını edam etmək istəyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Qaşqay türklərindən olan işçi fəal Arəş Qənbərini şərləyərək asmaq istəyir.

İsfahanın Şəhriza şəhərində yaşayan 30 yaşlı işçi fəal Arəş Qənbəri barədə “Peyğəmbəri təhqir etmək” ittihamı irəli sürülüb.

Rejimin terrorçu Sepah təşkilatı dekabrın 28-də Arəşin evinə basqın edib, gözlərini, əl-qolunu bağlayaraq həbs edib, ETTELAAT İdarəsinə aparıblar.

Rejimin məmurları həmçinin fəalın evində axtarış aparıblar.

Qeyd edək ki, insan haqları təşkilatları Arəş Qənbəriyə qarşı rejimin irəli sürdüyü ittihamın fəalın edamı ilə nəticələnə biləcəyini qeydedirlər.

Həmçinin yoxlayın

Turkish Airlines, AJet və Pegasus İrana giriş-çıxış uçuşlarını ləğv edib

GADTB: “İ24NEWS” çərşənbə axşamı, 22 sentyabr 2026-də məlumat yayıb ki, Turkish Airlines, AJet və Pegasus …

Təbrizdə “Global” işi üzrə zərərçəkənlərin etiraz aksiyası davam edir – Video

GADTB: “Global” adı ilə tanınan iş üzrə bir qrup zərərçəkən dünən, 21 sentyabr 2026, Təbrizdə …