Şənbə , May 30 2026
azfa

Molla rejimi Qızılhisar zindanında başqa məhbuun edamına mane olmaq istəyən məhbusu güllələyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qızılhisar zindanında məhbuslar gənc məhbusun edamının qarşısını almağa çalışarkən zindan mühafizəçiləri onlara hücum edib. Çox sayda məhbus güllələnərək yaralanıb. Siyamak Baba da başından və boynundan güllə yarası alaraq həyatını itirib.

Bildirilir ki, məhvus Siamak Baba Qızılhisar zindanında idi və onun azadlığa buraxılması nəzərdə tutulurdu. Şənbə günü 20 yaşlı gənci ölüm hökmünü icra etmək üçün karserə aparılan vaxtı, məhbuslar buna etiraz edərək qışqırmağa başladılar. Həbsxana gözətçisi vəziyyəti nəzarətdə saxlamaq üçün oraya daxil olur və gözyaşardıcı qazdan istifadə edir. Sonra bir neçə məhbus havalandırmaya qaçır, lakin Siyamak və bir sıra digər məhbuslar buna nail ola bilmir və həbsxana dəhlizində ilişib qalırlar. Gözyaşardıcı qazdan sonra nəzarətçi məhbuslara atəş açmağa başlayıb və orada olanların hamısı güllələrə tuş gəlib.

Molla rejimi tərəfindən güllələlən məhbusun cəsədini ailəsi təhvil ala bilib. Lakin onlara dəfn mərasiminin məsciddə keçirməsinə icazə verilməyib.

Sonda Siyamak Babanın cənazəsi dəfn olunmaq üçün Beheşt Səkinə qəbiristanlığına aparılıb.

Həmçinin yoxlayın

CENTCOM Hörmüz boğazında hərbi əməliyyatlar keçirəcəyi barədə xəbərdarlıq edib

GADTB: ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) dənizçilərə və hava qüvvələrinin şəxsi heyətinə Hörmüz boğazında hərbi əməliyyatlar …

“Traxtur” klubu Çempionlar Liqasında iştirak edə bilər

GADTB: Cənubi Azərbaycanın “Traxtur” klubunun növbəti mövsümdə Asiya Çempionlar Liqasının Elit mərhələsində iştirakı böyük ölçüdə …