Şənbə , May 17 2025
azfa

Molla rejimi Təbrizdə Aylar Həqqinin qırx mərasimində Səid Mahmudini həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Urmiya şəhərindən olan milli fəal Səid Mahmudini həbs ediblər.

Azərbaycanlı fəal rejimin qüvvələri tərəfindən öldürülən azərbaycanlı öyrənci qız Aylar Həqqinin dekabrın 27-də Təbrizdə keçirilən 40 mərasiminə qatıldığı üçün həbs edilib.

Qeyd edək ki, Təbrizin “Vadi rəhmət” qəbristanlığında Aylar Həqqinin 40 mərasimi zamanı rejimin məmurları ilə mərasim iştirakçıları arasında qarşıdurma olub və Aylar Həqqinin valideynləri də daxil olmaqla 10-dan çox insan yaxalanıb.

Güney Azərbaycanın müxtəlif şəhərlərindən 40 mərasiminə toplaşan azərbaycanlılar “Azərbaycan yatmayıb, Aylarını atmayıb”, “Azadlıq, Ədalət, Milli Hökumət” və türkcə digər milli şüarlar səsləndiriblər.

Həmçinin yoxlayın

İran və Avropanın böyük dövlətlərinin rəsmiləri İstanbulda görüşüblər

GADTB: Bu gün İran XİN rəhbərinin müavinləri Kazım Qəribabadi və Məcid Təxt Rəvançi İstanbulda üç …

İki türk ölkəsi Azərbaycan və Qazaxıstanın hərbçiləri görüşdü

GADTB: Azərbaycanla Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Qazaxıstan …