Cümə , Noyabr 20 2026
azfa

Molla rejimi Təbriz Universitetinin tələbələrini cəzalandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Təbriz Tibb Elmləri Universitetinin 18 tələbəsini etiraz aksiyalarında iştirak etdiklərinə görə cəzalandırıb.

İran Təhsil İşçilərinin Koordinasiya Şurasının verdiyi məlumatda bildirilib ki, Universitetin İnzibati Komissiyasının verdiyi qərara əsasən, bir neçə tələbənin təhsili dayandırılıb. Bir neçəsi başqa şəhərlərə sürgün edilib və qanunla nəzərdə tutulmuş hüquqlardan məhrum edilib.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayından İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və tələbələrin həbsinə etiraz edən onlarla müəllim işdən çıxarılıb, yüzlərlə tələbə isə universitetlərdən qovulub. Onların bir çoxuna qarşı “hökumətə qarşı təbliğat” ittihamı irəli sürülüb.

Etirazlar baş verən zaman və ondan sonrakı dövrdə 700-dən çox tələbə həbs edilib, 1000-ə yaxın tələbə universitetdən qovulub.

Həmçinin yoxlayın

Mustafa Cəmilov: Krım Muxtar Respublikasının yaradılması üçün Ukraynanın razılığı ilə hazırlıq işləri başa çatıb

GADTB: Krım tatar türklərinin milli lideri Mustafa Cəmilov “Krım Muxtar Respublikasının” yaradılması üçün hazırlıq işlərinin …

İki təyyarədaşıyan gəmi və 12-dən çox hərbi gəmi ilə İrana qarşı təzyiq və dəniz blokadası davam edir

GADTB: Corc Vaşinqton təyyarədaşıyan gəmisinin Yaxın Şərqdən çıxmasına baxmayaraq, ABŞ iki təyyarədaşıyan gəmi və 12-dən …