Cümə axşamı , Oktyabr 15 2026
azfa

Molla rejimi Təbrizdə azərbaycanlı fəalı Məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbridə azərbaycanlı milli fəal Calal Dehqanini Təbrizdə yerləşən rejimin Cinayət Məhkəməsinin 108-ci şöbəsinə çağırıb.

Azərbaycanlı fəala elektron poçt vasitəsilə göndərilən çağırış məktubunda ondan iyunun 3-də həmin məhkəmədə olması istənilib.

Çağırış məktubunda Calal Dehqaninin “Qanunsuz aksiyada iştirak etməklə ictimai asayişi pozmaq” ittihamı irəli sürüldüyü bildirilib.

Qeyd olunub ki, o, 2022-ci il iyunun 26-da Təbriz şəhərində bir qrup milli fəalla birlikdə Urmiya gölünün qəsdən qurudulmasına etiraz edərkən həbs edilmişdi.

Təbrizdə zindana köçürülən Həmid Purvəli 18 iyul tarixində girov qarşılığında məhkəməyə qədər zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …