Çərşənbə , Oktyabr 14 2026
azfa

Molla rejimi təbrizli körpəyə türk adına görə doğum haqqında şəhadətnamə vermir

GADTB: İrqçi fars molla rejimin Təbrizdə yerləşən Vətəndaş Vəziyyətlərinin  Qeydiyyatı İdarəsi təbrizli körpəyə valideynləri Elxan adı seçdiklərinə görə doğum haqqında şəhadətnamə vermir.

Elxanın valideynləri bu barədə məlumat yayaraq deyiblər ki, onlar, övladlarına doğum haqqında şəhadətnamə verilmədiyi üçün hazırda xəstəxanada olan uşağa tibb xidmətlərnin göstərilməsində problem yaşayırlar.

Qeyd edək ki, İranın Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi bu adların təsdiq edilmiş İran adları siyahısında olmaması ilə əlaqələndirilir.

İranın Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin iddiasına görə, siyahıda olmayan adlar əcnəbi ad hesab edilir və iranlı kimliyi ilə ziddiyyət təşkil edir.

Həmçinin yoxlayın

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …