Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Molla rejimi təbrizli xanım öyrəncini həbs və cərimə cəzasına məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin İnqilab Məhkəməsi Təbrizdə Tibb Elmləri Universitetinin öyrəncisi Nazlı Səidiyə qarşı həbs, cərimə və ölkədən çıxışına qadğa cəzası barədə qərar çıxarıb.

Hicab qaydalarını riayət etmədiyinə görə yaxalanan Təbrizdən olan azərbaycanlı xanıma qarşı “ölkənin milli təhlükəsizliyinə xələl gətirmək üçün iğtişaşçılarla əlbir omaq” ittihamına görə 15 ay həbs, 10 milyon tümən cərimə və iki il müddətinə ölkədən çıxışına qadağa cəzası verilib.

Qeyd edək ki, oktyabrın 26-sı həbs edilən Nazlı Səidi dekabrın 19-da girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Nəsir Rəzmcu Ərdəbildə evinə ETTELAAT əməkdaşlarının basqınından sonra həbs edilib

GADTB: Azərbaycanlı fəal Nəsir Rəzmcu bu gün, çərşənbə axşamı, 27 oktyabr 2026-cı il səhər saatlarında …

ABŞ-ın maliyyə naziri İranda əhaliyə vergi ödəməməyi və qış üçün yanacaq ehtiyat toplamağı məsləhət bildi

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent İranda əhaliyə vergi ödəməməyi tövsiyə edib. Onun sözlərinə görə, …