Molla rejimi Tikantəpədə azərbaycanlıları gülləboran etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin məmurları iyulun 30-u gecə saatlarında Güney Azərbaycanın Tikantəpə bölgəsinin Orta Ağdərə kəndinə hücum edərək, azərbaycanlıları güllə-boran edib.

Orta Ağdərə kənd sakinləri Ağdərə qızıl mədənində işə götürülmədiklərinə, mədənin qeyri-standard istismarı nəticəsində isə otlaq və əkin sahələrinin məhv edildiyinə etiraz ediblər. Lakin molla rejimi etirazların yatırılması üçün bölgəyə göndərilən məmurlar sakinlərə atəş açıb.

Nəticədə kənd sakinləri Nasir Bəhramian, Höccət Mömünzadə və Armin Nikzad ağır güllə yarası aldığı və xəstəxanaya köçürüldüyü bildirilir.

Aksiya iştirakılarından bir neçəsi həbs edilərək naməlum istiqamətə aparılıb.

Qeyd edək ki, Qərbi Azərbaycanın Tikantəpə bölgəsində yerləşən Zərşuran və Ağdərə qızıl mədənləri Yaxın Şərqin ən böyük mədənləri sayılır. Mədənlərin səhmdarları və sahibləri farsların üstünlük təşkil etdiyi əyalətlərdəndir. Bu günə kimi qanunsuz istismar və zəhərli tullantıların təbiətə buraxılması səbəbindən bölgənin bir neçə kəndinin əkin və otlaq sahələri məhv edilib, minlərlə mal-qara tələf olub.

Həmçinin yoxlayın

Zəncanda kənd təsərrüfatı işçiləri etiraz aksiyası keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün səhər saatlarında İran Kənd Təsərrüfatı Nazirliyinin …

GADTB Beynəlxalq Əlaqələr Departamentinin İran mola rejiminin Azərbaycan və Türkiyəyə qarşı səsləndirdiyi ifadələlərlə bağlı bildirişi

GADTB: GADTB Beynəlxalq Əlaqələr Departamenti İran mola rejiminin Azərbaycan və Türkiyəyə qarşı səsləndirdiyi ifadələlərlə bağlı …