Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Molla rejimi türkmən futbolçu Sərdar Azmunun müsadirə edilən əmlakını qaytarmır

GADTB: İran İslam Respublikasının Məhkəmə Hakimiyyəti bazar günü türkmən əsilli tanınmış futbolçu və İran milli komandasının sabiq üzvü Sərdar Azmunun əmlakının üzərindən həbsin götürülməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

İranın məhkəmə orqanları 40 günlük müharibə zamanı futbolçunun Dubay əmiri Şeyx Məhəmmədlə çəkilmiş şəklini sosial media hesabında paylaşmasından sonra onun əmlakının müsadirə edildiyini açıqlamışdılar.

Sərdar Azmun, həmçinin İran milli futbol komandasından kənarlaşdırılıb və 2026-cı il Dünya Çempionatında iştirak edə bilməyib.

Məhkəmə Hakimiyyətinin Media Mərkəzinin İran KİV-lərində yayımlanan son bəyanatında bildirilir:

“Ölkənin müharibə şəraitində olduğu həssas dövrdə Sərdar Azmunun sosial media hesabında bir fotoşəklin paylaşılmasından sonra məhkəmə qərarı ilə ona və birinci dərəcəli bəzi qohumlarına məxsus əmlak üzərinə həbs qoyulub.”

Bəyanatda qeyd olunur ki, Azmunun qohumlarının öz maliyyə vəsaitləri hesabına əldə etdikləri bəzi əmlakların üzərindən həbs götürülsə də, Sərdar Azmuna məxsus əmlak əvvəlki kimi müsadirə edilmiş vəziyyətdə qalır.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …