Cümə axşamı , Oktyabr 15 2026
azfa

Molla rejimi Urmiya gölünün vəziyyətinin ağır olduğuna etiraf etməyə məcbur oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fakt qarşısında qalan molla rejimi uzun müddətdən sonra reallığa etiraf etməyə məcbur olub.

İranın Ətraf Mühitin Mühafizə Təşkilatının rəhbəri Əli Səlaceqe Urmu gölünün kritik vəziyyətdə olması ilə bağlı çoxlu foto və faktların dərc edilməsindən sonra gölün vəziyyətinin pisləşdiyini etiraf edib.

O, Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərinə səfəri çərçivəsində və “Urmu Gölü Milli Parkının ekoloji vəziyyətinə baxış” toplantısı zamanı gölün vəziyyətinin beynəlxalq səviyyəli problem sayıldığını, acınacaqlı durumda olduğunu bildirib.

Qeyd edək ki, Urmu gölünün quruması nəticəsində beş milyona yaxın insan bir sıra xəstəliklərin yaranması təhlükəsi ilə üz-üzə qalıb.

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …