Cümə , Dekabr 27 2024
azfa

Molla rejimi Urmiya Universitetinin 50 öyrəncisinə universitetə girişə qadağa qoyub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi dinc etirazlarla bağlı Urmiya Universitetinin 50 öyrəncisinə universitetə girişə qadağa qoyub.

Beləliklə həmin universitetdə 50 öyrəncinin təhsilinə qadağa qoyulub.

Məlumatda bildirilir ki, ötən aylar ərzində universitetdə öyrəncilər etiraz aksiyası keçirilib. Həmin etirazlarda molla rejimi bir sıra öyrənciləri hədələyib. Rejimin məmurları həmin öyrənciləri çağıraraq, onlara dosye təşkil ediblər. Beləliklə, 3 ay ərzində Universitetin inzibati komissiyası və təhlükəsizlik qurumunun göstərişi ilə etiraz aksiyalarına qoşulan 50 tələbənin təhsili dayandırılıb.

Qeyd edək ki, İran adlanan ərazidə keçirilən etirazlara əksər universitet öyrənciləri qatılıb. Öyrəncilərdən bu müddət ərzində 687 nəfərin yaxalandığı bildirilir.

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …