Molla rejimi Urmiya Universitetinin tələbəsini təhsildən məhrum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Urmiya Universitetinin İqtisadiyyat fakültəsinin tələbəsi Nərgiz Fədakarı bir ilə yaxındır ki, təhsil almasına və universitetə daxil olmasına qeyri-qanuni olaraq qadağa qoyub.

Rejimin təyin etdiyi tələbə həmkarlar ittifaqı şuralarının hesabatına görə, mühafizə rəisi ötən ilin 29 oktyabrında onun tələbə biletini aqressiv şəkildə götürərək hədələyib və universitetə qayıtmağının şərəfsizlik olacağını deyib.

Ertəsi gün heç bir əmr elan etmədən, iclas keçirmədən və mühafizənin əmri ilə bu tələbə gecə vaxtı yataqxanadan çıxarılıb.

Həmin tarixdən indiyə kimi bu tələbəyə yataqxanaya giriş qadağan edilib və o, hətta əşyalarını toplamaqda belə problemlərlə üzləşib.

Həmçinin onun təhsil sistemi noyabrın 1-dən qanunsuz olaraq bağlanıb.

Həmçinin yoxlayın

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato Güney Azərbaycanla bağlı hesabat yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May …

Molla rejimin qüvvələri azərbaycanlı xanım fəalın evinə hücum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin məmurları bu gün səhər saatlarında Təbrizdə …