Çərşənbə , Noyabr 18 2026
azfa

Molla rejimi vurulmuş raket bazasında girişləri yenidən açır

GADTB: Molla rejimi Amerikanın hücumu ilə uçqun altında qalan raket bazasında girişləri yenidən açır.

Mayın 18-də qeydə alınan peyk görüntüləri Güney Azərbaycanın Qəzvin bölgəsində yerləşən Abyek yeraltı raket obyektində fəaliyyətin yenidən bərpa olunduğunu göstərir.

Məlumata görə, obyektin beş girişindən dördü tam şəkildə təmizlənib, beşinci girişdə isə qismən təmizləmə işləri aparılıb.

Bildirilir ki, həmin girişlər daha əvvəl ABŞ və İsrailin hava zərbələri zamanı raketlərin obyekt daxilində saxlanılması məqsədilə qəsdən vurulmuşdu.

ABŞ kəşfiyyatının dəyərləndirməsinə əsasən, İran artıq yeraltı raket şəbəkəsinin təxminən 90 faizinə çıxışı yenidən bərpa edib.

Həmçinin yoxlayın

ABŞ hərbi rəsmisi Amerika qırıcılarının Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsinə hücum etdiyini təsdiqləyib

GADTB: 1405-ci il Aban ayının 26-da, çərşənbə axşamı günü Qeşm adasında partlayışların baş verməsi ilə …

İran İslam Respublikası atom bombası hazırlamaq üçün tam imkanlara malikdir

GADTB: İranın Fundamental Elmlər Tədqiqat İnstitutunun rəhbəri Məhəmməd Cavad Laricani İran İslam Respublikasının atom bombası …