Cümə axşamı , Sentyabr 17 2026
azfa

Babək Zəncaniyə bağlı şəbəkənin Binance vasitəsilə SEPAH üçün 850 milyon dollar köçürdüyü iddia olunur

GADTB: “Wall Street Journal” qəzetinin yaydığı hesabatda bildirilir ki, Babək Zəncani ilə əlaqəli bir şəbəkə son iki il ərzində “Binance” kriptovalyuta platforması vasitəsilə İran İslam Respublikasının hərbi strukturlarının maliyyələşdirilməsi üçün yüz milyonlarla dollar vəsait köçürüb. Qəzetin yazdığına görə, daxili xəbərdarlıqlara baxmayaraq bu əməliyyatlar davam etdirilib.

“Binance”ın uyğunluq sənədləri və blokçeyn məlumatlarına əsasən, bu şəbəkə ilə əlaqəli hesablara təxminən 850 milyon dollar həcmində tranzaksiya həyata keçirilib. İddialara görə, həmin vəsaitin təxminən yarısı İranın hərbi qurumlarının maliyyələşdirilməsində istifadə olunub.

“Binance”ın daxili araşdırmaçıları daha əvvəl bu hesabların sanksiyalardan yayınma və İran İslam Respublikası ilə əlaqəli maliyyə şəbəkələri ilə mümkün bağlantıları barədə xəbərdarlıq etmişdilər. Buna baxmayaraq, bəzi hesabların aylarla fəaliyyətini davam etdirdiyi bildirilir.

“Wall Street Journal” həmçinin yazır ki, Babək Zəncaniyə aid olduğu deyilən şəbəkədən əlavə, “Binance” hesabları ilə sanksiya altında olan İran qurumlarına bağlı rəqəmsal pul kisələri arasında da yüz milyonlarla dollar köçürülüb.

Məlumatda qeyd olunur ki, bu hadisələr kriptovalyutaların beynəlxalq sanksiyalardan yayınmaq üçün istifadə olunması ilə bağlı yeni suallar doğurub.

Həmçinin yoxlayın

İran kəşfiyyatı xaricdə yaşayan müxalifləri izləmək və telefonlarını ələ keçirmək üçün yeni kiberhücum üsulundan istifadə edir

GADTB: Molla rejimin kəşfiyyatı xaricdə yaşayan müxalifləri izləmək və telefonlarını ələ keçirmək üçün yeni kiberhücum …

Sayın Sara xanım Azərsun Türkiyənin Sidneydəki konsulu sayın Bəlgin xanım Ərgünəşə məktubla müraciət etdi

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …