Bazar , Oktyabr 18 2026
azfa

Molla rejimi yaxaladığı azərbaycanlı fəal Əli Aslanini şərti azadlığa buraxır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi əslən Güney Azərbaycanın Muğan bölgəsindən olan və Kərəcdə yaşayan 19 yaşlı milli fəal Əli Aslaninin (İlkin) həbs cəzasını şərti həbslə dəyişdirir.

Azərbaycanlıfəal ayağına elektron qandal taxılaraq sərbəst buraxılıb.

Molla rejimi azərbaycanlı gənc fəala qarşı “hökumətə qarşı təbliğat”, “ictimai asayişi pozmaq”, “rəhbəri və müqəddəsləri təhqir etmək” ittihamları irəli sürüb.

Qeyd edək ki, Əli Aslani17 fevral 2022-ci ildə Kərəc şəhərində əsgərlik xidməti zamanı yaxalanmışdı.

 Azərbaycanlı milli fəal ilkin məhkəməstansiyasında 2 il 6 ay həbs cəzasına məhkum edilmişdi.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …