Cümə , Dekabr 27 2024
azfa

Molla rejimi yenidən Azərbaycana qarşı daha bir tədbir keçirdi

GADTB: Azərbaycanda axtarışda olan İrana sığınmış “Hüseyniyyun” qruplaşmasının üzvləri martın 17-də Azərbaycan əleyhinə daha bir tədbir keçiriblər. Bu barədə qruplaşmanın sosial media şəbəkəsində paylaşımlar edilib.

“İslam partiyası”nın keçmiş sədri Əlikram Əliyevin ölümünün 13-cü ildönümü ilə bağlı keçirilən mərasimdə Azərbaycan əleyhinə fikirlər səsləndirilib. Mərasim iştirakçıları Ə.Əliyevi “Qafqazda sionizmə qarşı mübarizənin banisi” adlandırıblar.

Tədbirdə çıxış edən qruplaşma üzvləri Əli Xameneinin Azərbaycan Respublikasında şiəliyin gücləndirilməsi və Qərb dəyərlərinə qarşı çıxılması ilə bağlı tövsiyələrini xatırladıblar. Onlar Xomeyninin “İslam inqilabının ixracı” nəzəriyyəsinə sadiqliklərini ifadə ediblər.

Bununla yanaşı, son vaxtlar Azərbaycanda həbs edilən İran casuslarını Xomeyni və Xameneinin “müridləri” adlandırıblar.

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …