Cümə , Dekabr 27 2024
azfa

Molla rejimi yenidən Azərbaycan sərhədində hərbi təlimə hazırlaşır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Azərbaycanın Naxçıvan sərhədinə yaxın ərazidə yeni hərbi təlim keçirməyə hazırlaşır.

Bu haqda Türkiyə mətbuatı məlumat yayıb. Məlumatda bölgəyə 300-dən artıq hərbi texnika və tankın göndərildiyi bildirilir.

Qeyd edək ki, iki gün öncə İranın Qərbi Azərbaycan əyalətinin Poldəşt şəhərinə (Naxçıvanla sərhədə yaxın) çox sayda silah-sursat, 280-300 ədəd hərbi maşın topladığı, minə yaxın hərbçi yerləşdirdiyi barədə məlumat yayılmışdı.

Bundan əlavə, dünən SEPAH Quru Qoşunlarının komandanı general Sərdar Məhəmməd Pakpur Azərbaycan və Ermənistanla həmsərhəd rayonlardakı bölmələrin yerləşdiyi ərazilərə səfər edib. Ondan əvvəl isə İran Sərhəd Qoşunlarının komandanı Əhməd Əli Qudərzi Xudafərin bölgəsinə gəlmişdi.

Həmçinin yoxlayın

Türkiyəli investor: “Güney Azərbaycanın müstəqilliyi yaxınlaşır”

GADTB: Türkiyənin tanınmış iş adamı, “Martı” brendinin sahibi Oğuz Alper Ötkəm dünən “X” hesabında paylaşım …

Salmas düzündə torpaq çökməsi təhlükəli həddə çatıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan Regional Su Təsərrüfatı İdarəsinin yeraltı su …