Bazar , Noyabr 29 2026
azfa

Molla rejimi yetişdiryi Fatimiyun və Zeynəbiyun terrorçuları vasitəsilə bəluçları repressiya edir

GADTB: Fatimiyun və Zeynəbiyun terrorçularının İranda yerləşdirilməsi bəluç əhaliyə qarşı repressiya ilə bağlı narahatlıq yaradıb.

“Haalvsh” xəbər kanalının məlumatına görə, SEPAH son aylarda Əfqanıstan və  Pakistan şiələrindən ibarət “Fatimiyun” və “Zeynəbiyun” qruplaşmalarını Sistan və Bəluçistanın bir çox şəhərlərində (Zahidan, Çabahar, İranşəhr və s.) yerləşdirib.

Bu addım ehtimal olunan etirazların yatırılması narahatlığını artırıb.

Məlumata görə, SEPAH bəzi yerli Bəsic bazalarını yerli qüvvələrdən alaraq bu silahlılara verib ki, bu da yerli sakinlərin narazılığına səbəb olub.

Qeyd edək ki, bu qruplaşmalar 2013-cü ildən Suriyadakı qətliamlarda və etirazların yatırılmasında mühüm rol oynayıblar.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Quzey Qibris Türk Cümhuriyyətinin 43-cü ildönümü tədbirində-Video

GADTB: Noyabrın 28-də Avstraliyanın Sidney şəhərində Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yaradılmasının 43-cü ildönümü münasibətilə …

Təbrizdə türkcə “Şirinlər” musiqili tamaşasının biletlərinin satışına başlanılıb

GADTB: “Şirinlər” tamaşasının afişasının təqdimatı ilə eyni vaxtda Təbrizdə türkcə musiqili tamaşanın biletlərinin satışına başlanılıb. …