Bazar , Oktyabr 18 2026
azfa

Molla rejimi zəhərlədikləri azərbaycanlı məktəblilərin valideynlərini həbs edib

-GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi zəhərlədikləri azərbaycanlı məktəblilərin valideynlərini həbs edib.

Dünən Güney Azərbaycanın Ərdəbil və Təbriz şəhərlərin övladları məktəbdə rejim tərəfindən zəhərlənən azərbaycanlılar etiraz aksiyası keçiriblər. Rejim isə övladlaraı rejimin terrorçu qüvvələri tərəfindən zəhərlənən valideynlərə zor tətbiq edib, bir neçə nəfəri həbs edib.

Təbrizdə övladı zəhərləndirilən azərbaycanlı fəal Pejman Moin rejimin məmurları tərəfindən yaxalanıb.

Ərdəbildə də bir sıra valideynlərin yaxalandığı bildirilir.

Qeyd edək ki, irqçi fars-molla rejimi Güney Azərbaycan və İranın bir sıra şəhərlərində qız məktəblərinə terror hücumu edib, yüzlərlə məktəblini zhərləyib. Zəhərlənənlər arasında ölənlərin də olduğu bildirilir.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …