Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Molla rejimi Zəngəzurdan yan keçmək üçün Ermənistanda Qacaran-Aqarak marşrutunu tikir

GADTB: Ermənistanın cənubunda Sünik vilayətində İran sərhədi yaxınlığında 7.2 km-lik Qacaran tuneli və 32 km-lik Qacaran–Aqarak yolu tikilir.

Bu marşrut İranın Ermənistan, Gürcüstan və Avrasiya bazarlarına çıxışını asanlaşdırmaq üçün nəzərdə tutulub.

Yolun və tunelin tikintisi İran şirkətlərindən ibarət konsorsiuma həvalə olunub.

Yol və tunel məsafəni 14 km, gediş vaxtını isə təxminən 40 dəqiqə qısaldacaq, sərt dağ aşırımlarında və qış mövsümündə yükdaşımaları rahatlaşdıracaq.

Qacaran marşrutu Zəngəzur dəhlizini əvəz etmək üçün deyil, Şimal–Cənub istiqamətlərinə İranın tranzit alternativlərini artırmaq və bölgədəki iqtisadi mövqeyini qorumaq üçün tamamlayıcı bir marşrutdur.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …