GADTB: İran mediasında davamlı olaraq Azərbaycan və Türkiyəyə qarşı qatı düşmən mövqeyi ilə ad çıxaran bədnam siyasi şərhçilər Əhməd Kazemi və Ehsan Movəhhediyan dünən, iyulun 23-də İran televiziyasının “Üfüq” telekanalında yayımlanan “Nəqşicahan” verilişinə müsahibələrində cəfəng iddialar səsləndirib, Qarabağın adını təhrif edərək qərəzli şəkildə “Arsax” adlandırıblar.
Sitat: “Paşinyanın “Artaxı” Bakıya təhvil vermək siyasəti Ermənistanın parçalanmasına və İran sərhədində NATO və “sionistlərin” yerləşməsinə gətirib çıxaracaq. İranın Qafqaz sahəsinə cavabdeh rəsmilərinin qınanmağa görə narahatlığı səbəbindən 30 il ərzində Qafqazda gedən proseslərə senzura qoyulması və (İrandakı) Qafqaz lobbisinin səyləri nəticəsində saxta versiyaların yer almasına səbəb olub”./ Azad İran