Cümə axşamı , Dekabr 26 2024
azfa

Molla rejimin ayrı-seçkilik siyasəti nəticəsində Qərbi Azərbaycanda çox sayda məktəbli təhsildən qalıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iqçi fars-molla rejimin ayrı-seçkilik siyasəti nəticəsində Qərbi Azərbaycanda çox sayda məktəbli təhsildən qalıb.

Qərbi Azərbaycan əyalətinin şagirdlərin 9,82%-nin təhsili yarımçıq qalıbb və Sistan və Bəlucistandan sonra Qərbi Azərbaycan bu bu sahədə ölkə üzrə ikinci yeri tutub.

Bu barədə Qərbi Azərbaycan valiliyinin Sosial və Mədəni Məsələlər İdarəsinin baş direktoru Əfşar Kəbiri bildirib.

Kəbiri 2016-cı ildən üzü bu yana ölkədə təhsili tərk edən şagirdlərin sayının kəskin artdığını, bunun Qərbi Azərbaycanda daha çox hiss olunduğunu deyib.

Kəbirinin sözlərinə görə, 2016-cı ildə təhsili yarımçıq qalan şagirdlərin sayı 776,000 idisə, bu rəqəm hazırda 1,662,000-ə çatıb.

Qeyd edək ki, Qərbi Azərbaycanda təhsil sahəsinə kifayət qədər vəsait ayrılmır, ölkə üzrə şagird başına düşən təhsil sahəsinin ortalama 5.7 olduğu halda Qərbi Azərbaycanın bir sıra bölgələrində bu 1.7% təşkil edir.

Bununla yanaşı azərbaycanlı şagirdlərin təhsilinin yarımçıq qalmasının əsas amillərindən biri də, yoxsulluq və məişət problemlərini həll etmək üçün uşaq və yeniyetmələrin məcburi işə cəlb edilmələridir.

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …