Bazar , Noyabr 29 2026
azfa

Molla rejimin ETTELAAT İdarəsinin məmurları Fatimə Dadaşzadənin atasının evində axyarış aparıblar

GADTB: İrqçi fars-molla rejimin ETTELAAT İdarəsinin məmurları Fatimə Dadaşzadənin atasının evində axyarış aparıblar.

 Təbrizdə dünən ETTELAAT İdarəsinin məmurları azərbaycanlı incəsənət xadimi Fatimə Dadaşzadənin atasının evində axtarış aparıb və onun şəxsi əşyalarını, o cümlədən mobil telefonunu müsadirə edərək özləri ilə aparıblar.

Qeyd edək ki, azərbaycanlı rəssam Fatimə Dadaşzadə əvvəllər də ETTELAAT İdarəsinə çağırılıb.

O, keçən il Novruz bayramında böyük yumurtaşəkilli fiqurları türk əlifba və simvolları və Novruz elementləri ilə rənglədiyinə görə, “separatçılıq” və “ərazi bütövlüyünə qarşı təhdid” adlandırdıqları ittihamlarla ETTELAAT-a çağırılmışdı.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Tatar türklərinin Sabantuy festivalına qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Dolların məzənnəsi 302 min tüməni keçdi: İran iqtisadiyyatı tam çöküşün astanasındadır

GADTB: İranın azad bazarında rialın dəyəri dəhşətli sürətlə ucuzlaşmaqda davam edir. ABŞ dollarının məzənnəsi bazar …