Çərşənbə axşamı , May 26 2026
azfa

Molla rejimin həbs etdiyi türkmən gənc Sağər Qulami girov qarşılığında müvəqqəti azadlığa buraxılıb

GADTB: İran Məhkəmə Hakimiyyətinin Media Mərkəzi 19 yaşlı gənc türkmən xanım ötən ilin dey ayında baş verən etiraz aksiyalarında saxlanılan Sağər Qulaminin girov qarşılığında azad edildiyini açıqlayıb.

Məlumata görə, “Sağər Qulami girov qoyuluşu ilə azadlıqdadır və onun işi üzrə hələ hökm çıxarılmayıb”. Bildirilib ki, ona qarşı irəli sürülən ittiham “milli təhlükəsizliyə qarşı toplaşma və sövdələşmə”dir.

19 yaşlı etirazçı ötən ilin dey ayında keçirilən ümumrespublika etirazları ilə əlaqədar təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdı.

Son günlər bəzi media orqanlarında bu vətəndaşın vəziyyəti ilə bağlı məlumatlar yayımlansa da, Məhkəmə Hakimiyyətinin Media Mərkəzi həmin xəbərlərə münasibət bildirərək bəzi iddiaları təkzib edib. “Mizan” xəbər agentliyi Qolestan vilayətinin Baş Ədliyyə rəisinə istinadən bildirib ki, sözügedən ittiham təsdiq olunacağı təqdirdə, azadlıqdan məhrumetmə cəzası ilə nəticələnə bilər.

Qeyd edək ki, etiraz aksiyaları və bazar esnafının tətilləri 7 dey tarixində Tehranda başlayıb və iki gün sonra ticarət mərkəzlərini aşaraq daha geniş əraziyə yayılıb. Tələbələrin, vətəndaşların və müxtəlif sosial təbəqələrin qoşulması ilə bu aksiyalar son illərin ən genişmiqyaslı etirazlarından birinə çevrilib.

Həmçinin yoxlayın

ABŞ İrana körfəzdə zərbələr endirdiyi bildirilir

GADTB: “Foks Nyus” kanalı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Tim Hokinsə istinadən məlumat yayıb ki, …

Tramp: İranla danışıqlar yaxşı irəliləyir, İran İbrahim Razılaşmalarına qoşulacaq

GADTB: Donald Trump İranla aparılan danışıqların müsbət istiqamətdə davam etdiyini bildirib və mümkün razılaşmanın region …