Cümə , Sentyabr 11 2026
azfa

Molla rejimin həbs etdiyi üç azərbaycanlı fəal Təbrizin Mərkəzi Həbsxanasının 15-ci bölməsinə köçürülüb

GADTB: Təbrizin Mərkəzi Həbsxanasında saxlanılan Səməd Heydəri, Rza Səlimi və Əmin Təqizadə adlı üç azərbaycanlı fəal dezintoksikasiya bölməsindən məhbusların saxlanıldığı 15-ci bölməyə köçürülüb.

Məlumata görə, bu köçürülmə səbəbi ilə bağlı hər hansı aydın və şəffaf izahat verilmədən həyata keçirilib. Bu isə üç fəalın saxlanma şəraiti və hüquqi vəziyyəti ilə bağlı narahatlıqları artırıb.

Səməd Heydəri, Rza Səlimi və Əmin Təqizadə daha əvvəl də milli kimlik yönümlü fəaliyyətlərinə görə müxtəlif məhkəmə işləri və həbs cəzaları ilə üzləşiblər.

Onların vəziyyətinin davam etməsi və köçürülmənin səbəbləri barədə şəffaf məlumat verilməməsi ailələrinin və Azərbaycan ictimaiyyətinin narahatlığını daha da artırır.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Azərbaycan şairi Şəhriyarın anım mrasimi keçiriləcək

GADTB: Şərqi Azərbaycan Mədəniyyət və İslam İrşadı Təşkilatının sədri Nemətullah Payan deyib ki, bu il …