
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı fəal aclıq Əbdüləziz Əzimi Qədim aclıq aksiyasına başlayıb.
Tehranın Evin zindanında həbsdə saxlanılan azərbaycanlı din xadimi və milli fəal Əbdüləziz Əzimi Qədim məhkəmə və ETTELAAT orqanlarının ona basqılarına etiraz olaraq aclıq aksiyasına başlayıb.
Əbdüləziz Əzimi Qədim məhkəmə iclasının müstəqil keçirilməməsinə və ETTELAAT Nazirliyinin təzyiqlərinə etiraz edib. Saxta ittihamlarla 6 il müddətinə azadlıqdan məhrum edilən azərbaycanlı siyasi məhbus tələbləri yerinə yetirilməyənə və İran Ədliyyə-Məhkəmə Sisteminin başçısı Qulamhüseyn Mohsini Ejei ədalətsiz prosesə görə məsuliyyət daşıyana qədər aclıq aksiyasını davam etdirəcəyini bildirib.
Azərbaycanlı fəal etirazında ETTELAAT və Ədliyyə-Məhkəmə Sisteminin azərbaycanlı fəallara qarşı düşməncəsinə davranışından söz açıb və bu təzyiqlərə son qoyulmasını istəyib.