Çərşənbə , Oktyabr 14 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı fəal elektron qandalla zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin həbs etdiyi Təbrizin mərkəzi zindanında 8 aylıq həbs cəzasını çəkən Azərbaycan Milli Hərəkatının fəallarından Salar Tahir Əfşar iyulun 11-də 98 gündən sonra 100 milyon tümən girov qarşılığında və elektron qandalla müvəqqəti sərbəst buraxılıb.  

Məlumata görə, o, həbsdə olan milli fəallar Kərim İsmayılzadə və Milad Cəlili (Elşən) ilə birlikdə Təbriz həbsxanasında aclıq aksiyası keçirdiyi üçün həm ailəsi ilə görüşdən, həm də telefon əlaqəsi hüququndan məhrum edilib.

Qeyd edək ki, milli hüquqlar uğrunda mübarizə aparan azərbaycanlı milli fəal “dövlət quruluşu əleyhinə təbliğat aparmaq”da günahlandırılıb.

Həmçinin yoxlayın

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …