Cümə axşamı , Oktyabr 15 2026
azfa

İranın Ermənistandakı səfiri Mehdi Sübhani Azərbaycanla bağlı əsassız açıqlama verib

GADTB: İranın Ermənistandakı səfiri Mehdi Sübhani Azərbaycanla bağlı əsassız açıqlama verib.

O deyib ki, “biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, ancaq Qarabağda məskunlaşan ermənilərinin hüquqlarına hörmətlə yanaşmaq lazımdır”❗.

“Qarabağda məskunlaşan ermənilərin hüquqlarına hörmət edilməlidir. Bu məsələ yara kimidir və müalicə olunmalıdır. Müalicə edilməzsə, yenidən açıla bilər. Dayanıqlı süldən danışarkən bu yara da nəzərə alınmalıdır”.

İranın Ermənistandakı səfiri Mehdi Sübhani “Azad Avropa” radiosunun erməni xidmətinə müsahibəsində bildirib ki, İranın Qarabağ bölgəsində məskunlaşan erməni sakinlərinin hüquqları ilə bağlı mövqeyi aydındır.

“Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, ancaq eyni zamanda hesab edirik ki, Qarabağın erməni sakinlərinin hüquqlarına hörmət edilməlidir”, – deyə Sübhani bildirib.

İran səfiri “ermənilərin Qarabağa qayıdışı və təhlükəsizliyi bölgə üçün muxtar status tələb edirmi?” sualına belə cavab verib: “Bu məsələ ilə bağlı danışıqlar aparılmalıdır. Sən də, mən də onlar üçün qərar verməməliyik. Belə danışıqlar Azərbaycan və Ermənistan dövlətləri arasında həyata keçirilməlidir”.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …