GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı fəal Hüseyn Azadi zaminə buraxılıb.
Güney Azərbaycanın Qoşaçay (Miandoab) şəhərindən olan Güney Azərbaycan Milli Hərəkatının fəalı Hüseyn Azadi dünən məhkəmə başa çatana qədər 500 milyon tümən girov müqabilində Təbrizdə rejimin həbsxanasından müvəqqəti azadlığa buraxılıb.
Qeyd edək ki, həmin azərbaycanlı milli fəal sentyabrın 23-də Təbrizin Bağmeşə şəhərciyində molla rejimin ETTELAAT qüvvələri tərəfindən həbs edilimişdi.
Hələlik fəala qarşı irəli sürülən ittiham barədə məlumat verilmir.