Şənbə , Oktyabr 24 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı fəal Məhəmməd Yusifi azad edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri, Ərdəbil şəhərində yaşayan Məhəmməd Yusifi həbsdən azad edilib. O, həbs ediləndən sonra ilk 6 gün Tehrandakı Evin həbsxanasının 240-cı bölümündə təkadamlıq kamerada saxlanılıb. Daha sonra milli fəal həbsxananın 209-cu bölümünə köçürülüb və 7 gün orada digər məhbuslarla bir yerdə saxlanılıb.

Araşdırmalardan sonra günahı sübut edilməyən Məhəmməd Yusifi azadlığa buraxılıb.

Qeyd edək ki, Məhəmməd Yusifi fevralın 20-i səhər saat 10-da Ərdəbil rejimin polis məmurları azərbaycanlı fəalın yaşadığı mənzilə gedib və fəalın evdə olmadığı üçün onu yaxalaya bilməmişdilər. Lakin fəalın polisə müraciət etməsini istəmişdilər.

Saat 11-də evə gələn Məhəmməd Yusifi saat 11-30-da polis idarəsinə gedib. 12:30-da Ərdəbil məhkəməsinə aparılan Məhəmməd Yusifi saat 15-də bir polkovnik və bir əsgərin müşayiəti ilə avtobusla Tehrana göndərmişdilər.

Məhəmməd Yusifi gecə saat 23:30-da Tehranın Evin zindanına aparıldığı barədə anasına məlumat vermişdi.

Fevralın 21-i səhər saat 8-də yenidən anasına zəng edən Yusifi artıq Evin zindanına çatdıqlarını bildirmişdi.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …