GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı gənc Əli Mirzəpur Təbriz zindanında qeyri-müəyyən vəziyyətdə həbsdə saxlayır.
Azad Universitetinin hüquq fakültəsinin tələbəsi Əli Mirzəpur təxminən bir ay əvvəl Təbrizdə həbs edilib. Azərbaycanlı öyrəncinin nədə ittiham edildiyi barədə hələlik məlumat verilmir.
İnsan haqları təşkilatlarının məlumatına görə, bir neçə gün əvvəl Təbrizdə rejimin zindanından zəng zamanı Əli Mirzəpur ailəsindən vəkillə təmin olunmasına köməklik göstərməsini istəyib.
Qeyd edək ki, azərbaycanlı gənc Əli Mirzəpur Güney Azərbaycanın Sofian şəhərindəndir və 22 yaşı var.